"Keşlə" yeni legioner transfer edir

7 Yanvar 2019 13:09 (UTC+04:00)

Syerra-Leone millisinin üzvü Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son iki mövsümü Qazaxıstan "Kaysar"ında keçirən 30 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə razılığa gəlib.

Qeyd edək ki, C. Kamara Qazaxıstan Premyer Liqasında 53 oyunda 1 qol vurub.Transfer dəyəri 400 min avro kimi göstərilən futbolçu 2013-cü ildən indiyə kimi Syerra-Leone millisində 11 oyuna çıxıb.