Qahirədə partlayıcı qurğunu zərərsizləşdirən polis həlak olub

6 Yanvar 2019 12:29 (UTC+04:00)

Misirin paytaxtı Qahirədəki Mədinət Nasr rayonunda yerləşən xristian kilsəsinin yaxınlığında qoyulmuş partlayıcı qurğunun zərərsizləşdirilməsi zamanı bir polis əməkdaşı həlak olub, digəri yaralanıb. SİA-nın məlumatına görə, çantada gizlədilmiş qurğu polislər tərəfindən aşkar edilən zaman partlayıb.

Misirin prokurorluğu hadisənin araşdırılmasına başlayıb.