"Tottenhem" Tobi Alderveyreldlə müqaviləni yeniləyib

4 Yanvar 2019 19:15 (UTC+04:00)

"Tottenhem" futbolçusu Tobi Alderveyreldlə müqaviləni yeniləyib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, bu ilin yayında sözləşməsi başa çatacaq Belçika millisinin üzvü daha bir il London təmsilçisində çıxış edəcək. Qeyd edək ki, Tobi Alderveyreld "Tottenhem"ə 2015-ci ildə "Atletiko"dan keçib.