Nigeriyada helikopter vuruldu, 5 hərbçi öldü

3 Yanvar 2019 23:38 (UTC+04:00)

Nigeriya Hərbi Hava Qüvvələrinə aid helikopter qəzaya uğrayıb. Axar.az xəbər verir ki, Mi-35M hərbi helikopterinin Boko Harama qarşı təşkil edilən əməliyyatda qəzaya uğradığı bildirilib.

Olay nəticəsində 5 hərbçi ölüb. Helikopterin terrorçuların hücumu nəticəsində yerə çırpıldığı ehtimal edilir.