"Hələ üst səviyyəyə qalxmamışıq. Bunun üçün çalışırıq”. Bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunner Sulşer Britaniya mətbuatına açıqlamasında deyib. Joze Mourinyonun qovulmasından sonra “qırmızı şeytanlar”la mövsümün sonuna qədər müqavilə imzalayan norveçli mütəxəssis komandada daha uzun müddət qalmaq istədiyini bildirib: “Mançester Yunayted"dən ayrılmaq istəmirəm. Əlimdən gələn qədər klubda uzun müddət qalmaq fikrim var".
Qeyd edək ki, "Mançester Yunayted" Sulşerin rəhbərliyi altında keçirdiyi dörd oyunun hamısında qalib gəlib.