İrəvanda bir neçə ev yanaraq kül olub

3 Yanvar 2019 17:16 (UTC+04:00)

Bu gün Ermənistanın paytaxtı İrəvanda bir neçə ev zəncirvari şəkildə yanaraq kül olub. SİA “Shamshyan.com”a istinadən xəbər verir ki, səhər saat 05:00 - 05:30 arasında İrəvanın Kozern məhəlləsində yanğın baş verib. Qısa müddətdə ətraf ərazilərə yayılan yanğın nəticəsində 3 ev yanaraq külə çevrilib.

Yanğında ölən və yaralananların olmadığı bildirilir. Lakin qeyd olunur ki, evlərini və bütün əmlakını itirənlər indi küçədə qalıblar. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.