Tanınmış professor insult keçirib

3 Yanvar 2019 16:29 (UTC+04:00)

Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin dekanı, professor Maqsud Nəcəfov insult keçirib. SİA xəbər verir ki, professor Bakı Medikal Centr-ə yerləşdirilib. Onun vəziyyətinin normallaşmağa doğru getdiyi bildirilir.

Xatırladaq ki, Maqsud Nəcəfov “91-lər”dəndir. O, tanınmış QHT təlimçisi və jurnalist Sənan Nəcəfovun atasıdır.