Ukrayna yenidən Kerç boğazına gəmilər göndərir

3 Yanvar 2019 16:14 (UTC+04:00)

Ukrayna Kerç boğazına yenidən hərbi gəmilər göndərib. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Yuri Biryukov açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna gəmilərini Qara dənizdən Azov dənizinə maneəsiz göndərmək hüququna malikdir. O bu dəfə gəmiləri beynəlxalq müşahidəçilərin müşaiyət edəcəyini də əlavə edib.