Hacıqabulda ağır yol qəzası olub

2 Yanvar 2019 20:43 (UTC+04:00)

Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. Report-un məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.