Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinqi açıqlanıb

2 Yanvar 2019 22:21 (UTC+04:00)

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Belə ki, "World Coach Ranking" saytının təqdim etdiyi 2018-ci ilin son siyahısında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 461-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də 3 pillə geri düşüb.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "River Pleyt”in baş məşqçisi Marselo Qallardo isə 3-cüdür.