Trampdan yeni prezidentə təbrik: "ABŞ sizinlədir"

2 Yanvar 2019 04:02 (UTC+04:00)

Donald Tramp Braziliyanın yeni prezidenti Jair Bolsonarunu təbrik edib. Trend-in məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb. Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Jair Bolsonaruya dəstək verir. "Çox gözəl inauqurasiya nitqi ilə çıxış edən prezident Bolsonarunu təbrik edirəm. ABŞ sizinlədir", - deyə o yazıb.

Xatırladaq ki, Bolsonaru parlamentin aşağı palatasının xüsusi iclasında and içib