“Taliban” 20 asayiş keşikçisini öldürüb

1 Yanvar 2019 18:03 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Sayyad mahalında “Taliban” terror qruplaşmasının hücumu nəticəsində 20 asayiş keşikçisi ölüb, 23 nəfər yaralanıb. "Anadolu" agentliyi xəbər verir ki, Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum etdiklərini bildirib.

O, “Taliban” yaraqlılarının da hücum zamanı xeyli itki verdiyini deyib.