İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib FOTO

1 Yanvar 2019 10:17 (UTC+04:00)

Azərbaycanın İtaliyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə təhsil alan tələbələrimiz arasında təbrik kampaniyası təşkil edib. SİA-nın məlumatına görə, dekabrın 26-dan başlayaraq səfirliyin sosial şəbəkələrində İtaliyanın Roma, Piza, Padova, Turin, Maçerata, Parma, Milan, Kamerino və Venesiya şəhərlərində təhsil alan tələbələrin "#İtaliyadanTəbrikim" həştəqi altında təbrik videoçarxları yayımlanıb. Azərbaycanlı tələbələr və səfirliyin sosial kanallarının izləyiciləri arasında böyük marağa səbəb olan bu kampaniya dekabrın 31-də Romadan təbrik videoçarxı ilə yekunlaşıb.