Pol Poqba ardıcıl iki oyunda dubl edib

31 Dekabr 2018 04:19 (UTC+04:00)

Pol Poqba “Mançester Yunayted”in heyətində ardıcıl iki oyunda dubl edib. Matç.az xəbər verir ki, XIX turda “Haddersfild”in (3:1) qapısına 2 dəfə yol tapan fransalı yarımmüdafiəçi XX turda “Bornmut”a (4:1) qənim kəsilib.

Pol son 6 ildə ilk futbolçudu ki, MY-nin ardıcıl 2 oyununda 1-dən artıq qol vurur. Sonuncu belə hadisə 2012-ci ildə yaşanmışdı. Həmin vaxt Ueyn Runi bunu bacarmışdı. Qeyd edək ki, Poqba öz karyerasında ilk dəfə ardıcıl iki matçda dubla imza atır.