2018-ci ildə Azərbaycanda 58 beynəlxalq turnir təşkil olunub

30 Dekabr 2018 10:11 (UTC+04:00)

2018-ci ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 225 respublika yarışı təşkil edilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Gənclər və İdman Nazirliyinin 2018-ci ilə dair illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, yerli yarışlarla yanaşı, ölkəmiz 58 beynəlxalq turnirə ev sahibliyi edib. Milli komandalarımız isə 236 beynəlxalq turnirə qatılıb.