İsmayıllıda yol qəzası baş verib

29 Dekabr 2018 18:25 (UTC+04:00)

İsmayıllı rayonunun Tircan kəndində “Daewoo” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
FHN-dən SİA verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.