Qobustanda yol qəzası baş verib - DƏHŞƏT

29 Dekabr 2018 10:45 (UTC+04:00)

Qobustan rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. SİA FHN verilən xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.