Uşaqlar üçün 2018-ci ilin vacib hadisələrindən biri olan, sentyabr ayından etibarən balaca dostlarımız üçün yaranan “KİRPİ” kinojurnalı həm də böyüklərin marağına səbəb olub. SİA-nın məlumatına görə, “Təbəssümlə yaşa” devizi altında yayımlanan kinojurnal EJ Productionun ilk məhsuludur. Kinojurnalın yaradıcısı və rəhbəri Cavid Şahbazbəyovdur, rejissoru Səməndər Rzayev, operatoru Rüstəm Məmmədov, koordinatoru Ceyhun Xalıqov, rəng və qrafika işi Fərid Əhmədov, rəssam işi isə Nəriman Abdul-Əliyevə məxsusdur. Layihənin baş sponsoru “Zeytun Bağları” Ticarət Markasıdır.
Kirpi kinojurnalının dördüncü buraxılışı işiq üzü görüb. Bu verilişdə Kirpi balaca dostlarını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir. Bu ay ərzində Kirpini ənənəvi “Soyuq əllər, istİ ürək” Xeyriyyə Yarmarkasından hamı daha yaxından tanıdı və bu verlişi gözləyənlər daha da artdı.
Yeni il buraxılışında sevilən reper Nadir Nəğd Pul öz oğlu Natiqnən yer alıb.
Qeyd edək ki, “Kirpi” uşaq yumoristik kinojurnalının növbəti saylarında çəkilişlərdə iştirak etmək üçün sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrinə müraciətlər qəbul olunur.