Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq

29 Dekabr 2018 09:37 (UTC+04:00)

2019-cu il yanvarın 6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Pyotr Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsərində şahzadə Dezire obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.