İtaliyanın qızıl səsi Bakıda konsert verəcək
4 Yanvar 2011 23:38 (UTC+04:00)
İtaliyanın qızıl səsi, 60-cı illərin ulduzu Robertino Lorettinin Bakıda konserti keçiiləcək. SİA-nın xəbərinə görə, konsert fevralın 13-də Heydər Əliyev adına Sarayada təşkil olunacaq. Bütün dünyada yalnız Robertino adı ilə tanınan müğənni 16 yaşından etibarən kilsə xorunda oxumağa başlayıb və qısa zaman çərçivəsində dünya səviyyəli ulduza çevrilib.