Sabahdan etibarən həkimlərin sertifikasiyaya dair test imtahanlarına start veriləcək
4 Yanvar 2011 23:37 (UTC+04:00)
Yanvarın 5-dən etibarən həkimlərin sertifikasiyaya dair test imtahanlarına start veriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk öncə Mama-ginekologiya və Terapiya şöbəsinin həkimləri test imtahından keçəcək. Sertifikasiya prossesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edəcəklər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunacaq.
İmtahana gələrkən tibb mütəxəssisləri şəxsiyyət vəsiqəsini və "Buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər, əks təqdirdə onlar imtahana buraxılmayacaqlar. Test imtahanları Şərifzadə küç.,196 ünvanında (Səhiyyə Nazirliyinin Tibbi Kitabxanasının binası, giriş H.Zərdabi prospektindəndir) keçiriləcək.