Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilə bilər
4 Yanvar 2011 08:32 (UTC+04:00)
Bu ilin yanvarında Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilə bilər. SİA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Вести 24" telekanalında çıxışı zamanı məlumat verib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirəsi üçün 2011-ci ilin yanvarında Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri növbəti dəfə görüşə bilərlər: "Yanvar ayında novbəti görüşün keçirilməsini və münaqişənin həlli istiqamətində necə irəliyə getmək barədə prezidentlərə hesabat verməyi nəzərdə tutmuşuq".