“Port Baku”da yanğın olub VİDEO

27 Dekabr 2018 17:40 (UTC+04:00)

Səbail rayonunda yerləşən “Port Baku” yaşayış kompleksində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, kompleksdəki mənzildə yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.