Türkiyə millisinin sabiq üzvü Kolin Kazım Riçardsın yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, futbolçu karyerasını Meksikada davam etdirəcək. Belə ki, 32 yaşlı hücumçunu "Verakrus" klubu transfer edib. Kazımla mövsümün sonuna kimi müqavilə bağlanılıb.
Qeyd edək ki, Kazım 2007-2015-ci illərdə Türkiyə millisində çıxış edib. Hücumçu "Brayton", "Şeffield Yunayted", "Fənərbaxça", "Qalatasaray", "Olimpiakos", "Bləkbörn", "Bursaspor", "Feyenoord", "Seltik", "Koritiba" kimi klublarda çıxış edib. Onun son klubu Meksika "Lobos"u olub.