Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Ziyadlı kənd sakini Elçin Zeynalov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.