Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların və medalların verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Bünyətov Yunis Heydər oğlu
“Əməkdar jurnalist”
Cəfərov Pərviz Əziz oğlu.
“Tərəqqi” medalı
Abdullayeva Rəna Ramiz qızı
Əhmədov Nizami İbrahim oğlu
Əliyev Hidayət Məcid oğlu
Əsgərova Gülbahar Zəkəryə qızı
Əzizov Bəxtiyar Əskər oğlu
Həşimova Gülnarə İbrahim qızı
Xəlilova Minayə İbrahim qızı
İsgəndərova Xanım Kazım qızı
Məmmədov Məmməd Kərəm oğlu
Mirzəyeva Dürdanə Fərhad qızı
Nəcəfov Bayram Həsən oğlu
Nuriyeva Minayə Mikayıl qızı.