Paytaxtda bir neçə tibb məntəqəsinin açılışı olub

30 Dekabr 2010 18:48 (UTC+04:00)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın iştirakı ilə 15 saylı uşaq Poliklinikasının açılış mərasimi olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 20 mindən artıq əhaliyə xidmət edəcək poliklinikada uşaqların diaqnostikası üçün bütün lazımi şərait yaradılıb. 2 mərtəbəli poliklinikada rentqen, flioqrafiya, USM apparatı və,s avadanlıqlarla təmin olunub.

Analoji açılış mərasimi Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevin iştirakı ilə olub. Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Əsəb Xəstəxanasının 4 qadın və bir qəbul şöbəsinin açılış mərasimi olub. Əsaslı təmirdən sonra istifadəyə verilən 280 çarpayılıq qadın şöbələri bütün lazımı tibbi avadanlıq, dərman, qida, və istiliklə tam təmin olunub.