Bu gün Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 5-ci Beynəlxalq Qətər Kuboku turnirində idmançımız Səbinə Əzimova bürünc medal qazanıb. SİA-nın məlumatına görə, S.Əzimova 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 74 kiloqramı, təkanla qaldırma hərəkətində isə 92 kiloqramı ram edib. Ümumi 166 kiloqram (74+92) nəticə ilə Səbinə Əzimova bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Səbinə Əzimovadan əlavə, Boyanka Kostova da körpücük üzərinə çıxacaq.
Turnir “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.