İnfarkt keçirən sürücünün avtomobili körpüdən aşıb

30 Dekabr 2010 02:58 (UTC+04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Uzuntəpə kənd sakini İldır Abdullayev idarə etdiyi "VAZ-21011" markalı avtomobil körpüdən aşıb.

Xəsarət almış sürücü xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hadisənin İ.Abdullayevin avtomobili idarə edərkən infarkt keçirməsi səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.