Almaniya Bundesliqasında 16-cı turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, Leverkuzen "Bayer"i səfərdə "Şalke"ni 2:1 hesabı ilə məğlub edib.
Bundesliqada turnir cədvəlinə 39 xalla "Borussiya Dortmund" başçılıq edir. "Borussiya Mönhenqladbax" 33 xalla 2-ci, "Bayern" 30 xalla 3-cü, "Leyptsiq" 28 xalla 4-cüdür. "Bayer" 21 xalla 10-cu, "Şalke" 15 xalla 14-cü yerdə qərarlaşıb.
"Şalke" - "Bayer" 1:2
Qollar: Rayt, 45 - Draqoviç, 26, Alario, 35