Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib FOTOLAR

20 Dekabr 2018 09:35 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib. SİA-nın məlumatına görə, konsert Prezident İlham Əliyevin Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, vokalçı Mahir Tağızadə Qara Qarayevin əsərlərini səsləndiriblər.

Xatırladaq ki, görkəmli bəstəkarın 100 illiyi respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.