“Zirə” Azərbaycan kubokunun ilk yarımfinalçısı oldu

19 Dekabr 2018 19:17 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib. Mərhələnin ilk oyununda “Səbail” doğma meydanda “Zirə” klubunu qəbul edib. Görüşdə 2:3 hesabı ilə qalib gələn “Zirə” iki oyunun yekununa əsasən futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinalçısı olub. Komandaların arasında ilk oyun da “Zirə”nin qələbəsi ilə başa çatmışdı - 1:0.