Bu ilin yayında "Yuventus"a transfer olunan Kriştiano Ronaldo yanvarda Turin klubuna keçmək istəyib. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, bu barədə portuqaliyalı hücumçunun agenti Jorje Mendeş məlumatverib: "Kriştiano yanvarda "Yuventus"a keçmək istədiyini dedi. Sözün düzü, onda mən bu keçidin çətin ola biləcəyini düşündüm. Ronaldoya bunun alınıb-alınmayacağına əmin olmadığımı bildirdim. Amma "Real"la danışıqlar 2-3 ay ərzində nəticəsini verdi. Birinci ciddi müzakirələr apreldə başlandı. O zaman"Real" və "Yuventus" öz aralarında Çempionlar Liqasında oynayırdı".