Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub. SİA-nın məlumata görə, hadisə metronun “Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib.
58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.