Kopor çayı – "Ensizyarpaq xamerion” adlı bitkinin yarpaqlarından hazırlanan bu çay Rusiayada geniş tətbiq edilir. Hələ 12-ci əsrdən məşhur olan içki Avropada da böyük populyarlıq qazanıb. "İvan çay” kimi də tanınan dəmləmənin tərkibindəki C və P vitaminləri immuniteti artırır, damarların divarlarını bərkidir, bədəndəki toksinləri və ağır metalları xaric edir. Bir sıra zəhərlənmələr zamanı, həmçinin radiasiya şüalanmasının təsirlərini azaltmaq üçün istifadə edilir. "Kopor çay”ı alkoqol zəhərlənməsi zamanı da işə yarayır.
Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün "İvan çay”ı 5/1 hissə kəklikotu ilə qarışdıraraq dəmləyin. Gün ərzində 5-7 fincan (bal ilə) qəbul etmək olar.
Avropa çobandüdüyü - Bu bitkinin kökü və gövdəsi müalicəvi təsirə malikdir. Alkoqolizmi müalicə etmək üçün onun köklərini yayın sonlarında payızın əvvəllərində toplamaq məsləhət görülür. Təzə istifadə edilməsi məsləhətdir. Bitki dəmləməsini qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
1 çay qaşığı çobandüdüyü bitkisinin kökünü bir stəkan qaynar suda dəmləyin. Ağzını möhkəm örtün. 3-4 saatdan sonra istifadə etmək olar. 2 xörək qaşığı dəmləməni 1 butulka arağa əlavə edin. Bu qarışığı içdikdə ürəkbulanma yaranır ki, bu da alkoqolun mənfi təsirini aradan qaldırır.
Dazıotu - 4 xörək qaşığı dazıotunu yarım litr qaynar suda dəmləyin. 20-30 dəqiqə saxladıqdan sonra süzün. Gün ərzində yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edin. Müalicə kursunun müddəti iki həftədir. Bu bitkinin dəmləməsi sayəsində alkoqol asılılığından tamamilə qurtulmaq mümkündür.
Kəklikotu -15 qram kəklikotunu yarım litr suda dəmləyin. 10-15 dəqiqə su hamamında saxlayın. Azaldıqca üzərinə su əlavə edərək həcmini 0.5 l-ə çatdırın. Dəmləmədən gün ərzində 50-70 ml istifadə edin. Müalicə kursunun müddəti 1-2 həftədir. Müalicənin sonunda 100%-lik effekt əldə etmək mümkündür.