Brexit-lə bağlı səsvermə keçirilməyəcək

10 Dekabr 2018 16:44 (UTC+04:00)

Böyük Britaniya baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı parlament səs verməsindən vaz keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu addımı dağıdıcı məğlubiyyətdən qorxduğu üçün atdığını bildirib.