Ozan Kabak "Yuventus"a transfer olunub

6 Dekabr 2018 12:43 (UTC+04:00)

"Qalatasaray" gənc futbolçusu Ozan Kabakı "Yuventus"a satıb. SİA-nın məlumatına görə,18 yaşı olmasına rəğmən, əsas heyətin üzvünə çevirilən mərkəz müdafiəçisinin transferi ilə bağlı ilkin protokol imzalanıb.

Məlumata görə, Ozanın transferi üçün "Yuventus" "Qalatasaray"a 10 milyon avro ödəyəcək. Bundan başqa, futbolçu üçüncü kluba satılacağı halda "Cim-Bom" transferin müəyyən faizinə sahib olacaq.

Qeyd edək ki, Ozan Kabak bu mövsüm 13 rəsmi oyunda forma geyinib.