Samira: "Oxumaq istəmirəm" VİDEO

6 Dekabr 2018 14:25 (UTC+04:00)

Müğənni Samira səhnədən getmək istəyir. SİA-nın məlumatına görə, bu haqda ifaçı verilişlərin birində danışıb: "Uşaqlıqdan arzum oxumaq idi. Buna görə çox göz yaşları axıtdım, ağladım. Evdə qadağa var idi. Dərsdən icazə alıb dərnəklərə gedirdim. Bilməzdim ki, arzum reallaşandan sonra, göz yaşları axıtdığım, əsəb keçirdiyim istək tükənəcək. Artıq oxumaq istəmirəm. Bilmirəm nədən. Səhnədə bir çox haqsızlıqlar baş verdi. Hər şey ucuzlaşdı. Bizim dövrümüzdə belə deyildi. Biz sənətlə məşğul idik. Əsl sənətə dəyər verilmir".