Gülay mərhum atasından danışıb, ağladı VİDEO

6 Dekabr 2018 12:30 (UTC+04:00)

Müğənni Gülay Zeynallı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı mərhum atasından söz açıb: "Atam 63 yaşında rəhmətə getdi, xəstə idi (ağlayır). Mən və iki bacım bacardığımızı etdik, övladlıq borcumuzu yerinə yetirdik. Atamın yadigarı olaraq 6 bibim və bir əmim qalıb. Atamla anam ayrılmışdı. Amma elə ürəyə sahib anam var ki, bizi ondan ayrı qoymayıb. Atam ikinci dəfə ailə qurmuşdu, amma uşaqları yox idi".