Paşinyan Putinlə görüşdə nə haqda danışacaq?

5 Dekabr 2018 15:00 (UTC+04:00)

Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş dekabrın 6-sı Sankt Peterburqda keçiriləcək.

Bir müddət əvvəl qeyd olunmuşdu ki, Ermənistan rəhbərliyinin Rusiyadan alınan təbii qazın qiymətinin azaldılması üçün Moskva ilə danışıqlar aparır.

Hazırda Ermənistan Rusiyadan alınan qazın min kubmetri üçün 150 dollar ödəyir.