Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb

4 Dekabr 2018 23:49 (UTC+04:00)

Sumqayıtda 8 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş Cəmaləddin Məhərrəmovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər sakinləri olan 8 nəfəri aldadıb ümumilikdə onlardan 10.300 manat alması da müəyyən edilib.