Azərbaycanda əsası 2009-cu ildə dəyərli ziyalı və respubliakmızı yeni təbabət gətirmiş Elxan Yaqubov tərəfindən qoyulmuş Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanları, o cümlədən antibiotikləri tam istisna edib. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Burada çalışan həkimlər öz ixtisaslarını artırmaq üçün Almaniyada kurslarda olurlar. Almaniya həkimləri də müntəzəm olaraq Azərbaycana gələrək, yerli həkimlər üçün elmi seminar və treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, xəstə qəbulunu həyata keçirirlər.
Bu klinikanın Sumqayıt və Göyçay filialları da böyük uğurla insanlara xidmət edir.
1 dekabr 2018-ci il tarixdə Masallı şəhərində də Bioloji Təbabət Klinikasının aşılışı oldu. Tədbiri Klinikanın İnsan Resursları Departamentinin rəhbəri Təranə Mahmudova açdı. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxış edərək qonaqları və klinikanın kollektivini Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamladı və tədbir iştirakçılarını təbrik etdi. Tibb elmləri doktoru, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin Prezidenti, Professor Fikriyyə İbrahimli, bioloyi təbabət üzrə almaniyalı mütəxəssis, vertebroloq doktor Herxard Rays, xanımlar Jennifer Kehlbeçk, Yelena Nekrasova, Bioloyi Təbabətin Azərbaycanda özəl klinikaların yaradılmasının ideya müəllifi Elxan Yaqubov və başqaları çıxış edərək Masallıda yeni səhiyyə ocağının açılması ilə əlaqədar kollektivi və tədbir iştirakçılanı təbrik etdilər. Bioloji Təbabət Klinikasının rəmzi lenti kəsilid, qonaqlar buradakı iş şəraiti ilə yaxından tanış oldular. Fürsətdən istifadə edib təsisiçi-direktor Elxan Yaqubovla bioloji təbabətlə bağlı müsahibə götürdüm.
- Elxan müəllim, sizin Bioloji Təbabət Klinikasını təsis etməniz hansı zərurətdən yarandı?
- Planeta apteklərində biz gördük ki, Almaniyanın Heel firmasının preparatlarına çox böyük ehtiyac var. Və xəstələrin sağalmasında bunların böyük effekti var. Sonra biz Heel firmasına müraciət edib onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlarda bizə məsləhət gördülər ki, siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər. Beləliklə də, 2009-cu ildən Bakı şəhərindəki S.C.Pişəvari küçəsi 110-da yerləşən bu klinikanı yaratdıq. Klinikaya bioloji təbabəti dərindən bilən və bu sahə üzrə kurs keçmiş həkimləri işə götürdük. Bura xarici ölkələrdən Avropa standartlarına cavab verən tibbi avadanlıqlar gətirdik. Həkimləri bu avadanlıqlarla işləmək qaydalarını xaricdən dəvət etdiyimiz mütəxəssislərdən mükəmməl öyrəndilər.
- Sizdə olan tibbi avadanlıqların çoxu nə dövlət, nə də başqa özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?
- Yaxşı məlumdur ki, həkimə xəstənin “daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir ultrasəs diaqnostik aparatlar, yüksək təchiz olunmuş laboratoriya lazımdır. Həkim bu aparatlar vasitəsilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, qulaqdan qanı götürməklə və analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında məlumat ala bilirik.
-Bu klinika yaranandan dünyanın məşhur, həkim kimi əsl mütəxəssislərinin Azərbaycanda pulsuz seminarlarını, mühazirələrini təşkil etməklə minlərlə azərbaycanlı həkimi bura dəvət etmisiniz; bu tədbirlərdə iştirak edən həkimlər artıq bioloji təbabətlə xəstələri necə sağaltmağın yollarını öyrəniblər. Eləcə də Masallıdan olan həkimlər bütün bunları yaxşı öyrəniblər. Bu, əlbəttə, sizin tərəfinizdən çox xeyirxah bir işdir. Bu vaxta qədər bu seminar və mühazirələrdə nə qədər həkim iştirak edib və sertifikat alıb?
- Qısa seminarları Azərbaycanın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim keçib. Amma 92 saatlıq bütöv kursu 4500-dən çox həkim keçib və sertifikat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri bizim Sumqayıt, Göyçay bölgələrində işləyirlər. İndi də Masallı filialında işləyəcəklər. Xəstələr onlardan çox razılıq eləyirlər. Bəziləri bölgələrdə həkim məntəqələri açıb. Biz bu seminarları Almaniyadan, İsveçrədən, başqa xarici ölkələrdən dəvət elədiyimiz yüksək ixtisaslı həkimlərə təkcə Bakıda yox, Azərbaycanın bütün rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt və b. şəhərlərində, hətta Naxçıvan Muxtar Respublikasında da təşkil etmişik.
- Siz artıq bölgələrdə də Bioloji Təbabət klinikasının filiallarını yaratmısınız. Fikrimizcə, bu çox təqdirəlayiq haldır.
- On beş ildir ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçirir-Göyçayda, Bərdədə, Masallıda, Gəncədə, Naxçıvan şəhərində və s. Bakıya gəlməyə imkanları olmayan həkimlərə o bölgələrdə dəfələrlə Almaniyadan olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay və Sumqayıtda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır. Artıq Masallı filialını açmaqla respublikamızın Cənub bölgəsi və qonşu İran İslam Respublikası da bu filialdan lazım olan kimi yayrlanacaqlar. İnanıram ki, insanlarımız bizim həkimlərdən çox razı qalacaqlar. Bundan sonra daha heç kim böyük pul xərcələməklə müayinə və müalicə olunmaq üçün İrana getməyəcək.
- Xalqımıza arzularınız istəkləriniz nədir?
- Mən də bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm. Ən birinci məqsədimiz budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə almaq üçün xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etinlər və şəfa tapsınlar. Biz əvvəllər uzunömürlü xalq olmuşuq. Bizim məqsədimiz budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü bərpa edək. Bu sahədə inkişaf etməyimiz üçün əlimizdən gələni edirik və edəcəyik. Siz özünün də görəcəksiniz ki, bizim Bioloji Təbabət Klinikasının Masallı filialından da insanlar çox razı qalacaqlar. Burada da lazım olan bütün tibbi avadanlıqlar yerləşdirmişik. Həkimlərimiz də yüksək ixtisaslı həkimlərdir. Lazım olanda xaricdən də həkimlər dəvət edəcəyik ki, insanları müayinə edib və müalicə etsinlər. Eləcə də Bakı şəhərindəki klinikamızdan da tanınmış həkimlər Masallıya gəlib, insanlara necə lazımdırsa xidmət edəcəklər. Ən böyük arzumuz isə odur ki, insanlarımız xəstələnməsinlər. Çünki insanın həyadna ən böyük var-dövləti onun can sağlığdır. Ona görə də bütün insanlarımıza can sağlığı və uzun ömür arzu edirəm.
Əlihüseyn Şükürov