İsveçli rəssamın əsərləri sərgilənəcək

3 Dekabr 2018 14:16 (UTC+04:00)

Dekabrın 6-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə reallaşacaq. Sərgidə rəssamın 40-dək sənət əsəri nümayiş olunacaq.

Dekabrın 8-dək ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.