NATO qüvvələri İran İnqilab Keşikçisini həbs ediblər
25 Dekabr 2010 10:38 (UTC+04:00)
NATO qüvvələri İran İnqilab Keşikçisi silah qaçaqmalçılığında ittiham edərək Əfqanıstanda həbs ediblər. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, NATO bəyanatında deyilir ki, zabit ötən şənbə günü koalisiya qüvvələrinin Taliban militantlara qarşı mübarizə apardıqları Qəndahar vilayətində həbs edilib. Həbs edilən şəxsin Talibanı silah-sursatla təmin edən əsas vasitəçi olduğu deyilir. O, İrandan Əfqanıstana sərhəd vasitəsiilə silah-sursat keçirməyə yardım etməkdə təqsirləndirilir. ABŞ hərbi rəsmiləri İranı Taliban militantlarını təlim və təchizatla bilavasitə təmin etməkdə və eyni zamanda əfqan hökumətinə maliyyə yardımı göstərməkdə ittiham edib