Evdə ayaqqabılardan istifadə etmək sağlamlıq üçün risklidir. Bu nəticəyə Arizona Universitetinin alimləri gəlib.
Araşdırmalar zamanı məlum olub ki, evdə ayaqqabı geyinmək yarım milyona yaxın bakteriyanın yayılması ilə nəticələnir. Professor, mikrobioloq Çarlz Gerba bildirib ki, aparılan tədqiqatlar zamanı geyilən ayaqqabıda təxminən 421 min ədəd bakteriyanın olması üzə çıxıb. Evdə davamlı olaraq ayaqqabı geyinmək isə güman edildiyindən daha ciddi problemlərə səbəb ola bilər.
Sadəcə evdə geyilən ayaqqabı və ya başmağın daşıdığı bakteriya miqdarı üç minə yaxındır. Məhz bu bakteriyalara yoluxma sonda insan orqanizmində müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.