Putin Səudiyyə vəliəhdi ilə Camal Qaşıqçı məsələsini müzakirə edəcək

29 Noyabr 2018 00:05 (UTC+04:00)

“G20”liyin zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman arasında görüş nəzərdə tutulub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşdə İstanbulda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı məsələ müzakirə olunacaq.