"Real" Modriçlə yeni müqavilə imzalamayacaq

27 Noyabr 2018 09:52 (UTC+04:00)

Cari mövsüm göstərdiyi performansla tənqid hədəfinə çevrilən Madrid "Real"ı Luka Modriçlə bağlı qərar verib. SİA-nın məlumatına görə, Madrid klubu müqaviləsi 2020-ci ildə başa çatacaq xorvat ulduzla yeni sözləşmə imzalamaq fikrində deyil. "Kral klubu" 8 milyon avro maaş alan 33 yaşlı yarımmüdafiəçi ilə yola davam etməyi düşünmür.

Məlumata görə, Modriçlə yaxından maraqlanan klub İtaliya "İnteri"di.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"da oynayır.