Bakı-Naxçıvan aviareysi ləngiyir

26 Noyabr 2018 11:25 (UTC+04:00)

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir. SİA-nın məlumatına görə, şirkətdən bildiriblər ki, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.

Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.

Qeyd edək ki, Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.

Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.