"Neftçi” "Səbail”lə oyunun hazırlığına başladı

22 Noyabr 2018 23:20 (UTC+04:00)

"Neftçi” futbol klubu, Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir. Klubun rəsmi saytında yer alan xəbərə görə, komanda bu gün öz bazasında məşqə çıxıb. Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesinə əsas və U-21 milli komandalarımızın düşərgəsindən dönən futbolçular da qatılıblar. Haiti yığmasından bu axşam qayıdacaq Soni Mustivar isə sabahkı məşqdə iştirak edəcək.

Xatırladaq ki, "Səbail” – "Neftçi” oyunu noyabrın 25-də "Bayıl Arena”da baş tutacaq və saat 17:00-da start götürəcək.