İngiltərə Futbol Federasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib. Britaniya mətbuatının yazdığına görə, buna səbəb ispaniyalı məşqçinin Premyer Liqanın qaydalarına əməl etməməsi olub.
O, Premyer Liqanın 12-ci turunda “Mançester Yunayted”lə keçirilən matçdan əvvəl oyunun baş hakimi Antoni Teylor haqda danışıb. İngiltərə Futbol Federasiyasının qaydalarına görə, oyunlardan əvvəl məşqçilərə hakimlər haqda danışmaq qadağandır. Xatırladaq ki, “Mançester Siti” - “Mançester Yunayted” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.